AZ

"Biz balıqçılar bu xəstəliyə tutulmuruq..."- "Qoca və dəniz"dən bir hissə

Qəfil ürəktutma səbəbindən ölüm təhlükəsi ilə üz-üzə qalan və möcüzə nəticəsində yenidən həyata qaytarılan tanınmış türkiyəli aktyor Oktay Çubuk hadisədən sonra ilk dəfə paylaşımla çıxış edib.

Kulis.az xəbər verir ki, 30 yaşlı gənc sənətçi sosial media hesabında xəstəxana palatasından çəkilmiş yeni fotosunu izləyiciləri ilə bölüşüb.

Pərəstişkarlarını sevindirən aktyor səhhətinin hazırda yaxşı olduğunu, lakin tam sağalmaq üçün hələ bir müddət də xəstəxanada həkim nəzarətində qalmalı olduğunu vurğulayıb.

Xatırladaq ki, bədbəxt hadisə Oktay Çubuk anası ilə birlikdə tətilə yollandığı hotelin idman zalında baş vermişdi. Məşq edərkən qəfildən halı pisləşib yerə yıxılan və ürəyi dayanan aktyor vaxtında edilən ilkin tibbi müdaxilə sayəsində yenidən həyata qaytarılmış, ardınca isə bir neçə gün reanimasiya şöbəsində müalicə almışdı.

Qeyd edək ki, istedadlı aktyor tamaşaçı kütləsinə daha çox "Ah nerede", "Can borcu", "Adım Farah" və "Baba" kimi məşhur seriallarda canlandırdığı yaddaqalan obrazlarla tanışdır.

Seçilən
13
kulis.az

1Mənbələr