Müəyyən qüvvələrin sülh prosesinə mane olmaq üçün bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və Ermənistan sülh gündəliyinə sadiq qalır.
Turkustan.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.
"Avropa Siyasi Birliyi sammitinin Ermənistanda keçirilməsi münasibətilə Baş nazir Nikol Paşinyanı təbrik etmək istərdim", - o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan bu prosesə mane olmaq istəyənlərin bütün səylərinə baxmayaraq, sülh prosesinə sadiq qalır:
"Erməni həmkarımın bəyanatları bunu aydın şəkildə təsdiqləyir"./axar.az/