AZ

Taktiki nüvə silahının ŞOK dağıdıcı imkanları İranı “od fırtınası” yandıra bilər

Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-İran danışıqları dalana dirənib. Tərəflər arasında gərginlik hər keçən gün yüksəlir. Prezident Tramp İran rejimini taktiki nüvə bombası ilə hədələməkdən belə çəkinmir.

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, taktiki nüvə silahı anlayışı adətən döyüş meydanında konkret hərbi hədəflərə qarşı istifadə üçün nəzərdə tutulmuş, nisbətən aşağı güclü nüvə başlıqlarını ifadə edir:

“Amma “aşağı güclü” ifadəsi aldatmasın, bu silahlar belə böyük şəhərləri və ya hərbi infrastrukturu ciddi şəkildə məhv edə bilər. Xirosima və Naqasakiyə atom bombalarının atılması zamanı istifadə olunan bombalar təxminən 15-20 kiloton gücündə idi. Müasir taktiki silahlar isə təxminən 0.3 - 50 kiloton aralığında dəyişə bilər. Məsələn, B61 nüvə bombası dəyişən gücə malikdir və seçilmiş rejimdən asılı olaraq fərqli partlayış gücü ilə istifadə oluna bilər. Taktiki nüvə bombası partlayışının şok dalğası əsas dağıdıcı qüvvəsidir. Dalğanın gücü binaları uçurmaq, zirehli texnikanı sıradan çıxarmaq, insanlara ölümcül zərbə vurmaq imkanındadır. Məsələn, 1-2 km radiusda ağır dağıntı, 3-5 km radiusda orta səviyyəli dağıntı yaradır. Eyni zamanda partlayış anında günəşdən qat-qat güclü istilik dalğası yaranır və “od fırtınası” effekti meydana gətirir. Ən dəhşətlisi isə radiasiya gücüdür. Bu, taktiki nüvə silahını adi bombalardan fərqləndirən əsas amildir. Dərhal radiasiya yayılır və ilk dəqiqələrdə ölümcül təsir göstərir, uzunmüddətli radiasiya isə xərçəng, genetik zədələr meydana gətirir”.

Ekspert qeyd edib ki, taktiki nüvə bombasının elektromaqnit impuls imkanları da var, elektron sistemləri sıradan çıxara, rabitə və enerji şəbəkəsini iflic edə bilər. Təsir arealına gəlincə, bu, bombanın gücündən və partlayış hündürlüyündən asılıdır:

“Ümumi təsəvvür üçün qeyd edə bilərik ki, məsələn, 1 kiloton 500-2000 metr, 50 kiloton taktiki nüvə bombası isə 8 kilometrədək arelda dağıdıcı gücə malikdir. “Taktiki” termini bəzən yanlış başa düşülür. Bu silahlar kiçik deyil. Sadəcə “strateji şəhər məhv etmə” yox, konkret hədəflər üçündür. Məsələn, hərbi baza, bunker, qoşun yerləşən ərazi. Taktiki nüvə silahı istifadə olunsa, onun təsiri lokal qalmaz. Radiasiya və eskalasiya riski səbəbindən siyasi nəticələr hərbi nəticələrdən daha böyük olar. Bu silahın istifadəsi çox vaxt nüvə müharibəsinin başlanğıcı kimi qəbul edilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
icma.az

10Mənbələr