AZ

Paşinyandan İrəvanda ETİRAF: "Sülhün əldə olunmasında bu qurumun rolu böyükdür!"

Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitində Baş nazir Nikol Paşinyan regiondakı sülh prosesi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Paşinyan çıxışı zamanı Avropa Siyasi Birliyinin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Ermənistan hökumət başçısı qeyd edib ki, məhz bu platforma çərçivəsində aparılan müzakirələr və əldə olunan diplomatik irəliləyişlər tərəflər arasında gərginliyin azaldılmasına və yekun sülhə doğru addımların atılmasına ciddi təkan verib.

Paşinyanın bu bəyanatı beynəlxalq vasitəçilik səylərinə verilən yüksək qiymət və bölgədəki yeni geosiyasi reallıqların təsdiqi kimi dəyərləndirilir.

Musavat.com

Seçilən
36
50
musavat.com

10Mənbələr