AZ

Uşaqlıqda valideyn diqqətindən məhrum olmusunuzsa... sizdə bu problemlər ola bilər

Psixoloqlar bir daha vurğulayırlar ki, insanın psixi vəziyyəti əsasən uşaqlıqda yaşadıqlarının nəticəsidir. Uşaqlıq illərində valideyn diqqətinin yetərsiz olması, ilk baxışda göründüyündən daha uzun müddət insanın həyatına təsir edir. 

Moderator.az Lent.az-a istinadən xəbər verir ki, valideyn diqqəti sağlam özünəqiymət və özünə inamın formalaşmasında həlledici rol oynayır.

Şəxsi sərhədlərlə bağlı çətinliklər

Uşaqlıqda ehtiyacları davamlı şəkildə nəzərə alınmayan insanlar böyüklükdə “yox” deməyi bacarmırlar. Onlar öz maraqlarını qorumağın münasibətləri itirmək riski yaradacağından qorxa bilərlər. Psixoloqlar bildirir ki, uşaqlıq davranış modelləri normaya çevrilir və onları dəyişmək üçün şüurlu şəkildə öz üzərində işləmək lazımdır.

Tərk edilmə qorxusu

Mütəxəssislərə görə, valideyn diqqətinin çatışmazlığı narahat bağlanma tipinin formalaşmasına səbəb olur. Bu isə ya partnyordan həddindən artıq asılılıq, ya da emosional yaxınlıq yaranan kimi insanları özündən uzaqlaşdırmaqla özünü göstərir.

Emosiyaları ifadə edə bilməmək

Uşaqlıqda hisslərini tanımağı və yaşamağı öyrənməyən insanlar bu çətinliyi böyüklük həyatına da daşıyırlar. Bu, hissləri boğmaq və ya onlardan qaçmaq meyli ilə müşayiət olunur.

İnsanlara etibarsızlıq

Psixoloqlar qeyd edir ki, uşaqlıqda güvənli dəstək hissi olmayan insanlar başqalarının həqiqətən onların yanında ola biləcəyinə inanmaqda çətinlik çəkir. Bu isə münasibət qurmaqda problemlər yaradır.

Rədd edilməkdən həddindən artıq qorxu

Belə insanlar sosial əlaqələrdən qaça və ya ilk çətinlikdə münasibətləri dayandıra bilərlər ki, mümkün emosional ağrıdan qorunsunlar.

Sağlam olmayan perfektsionizm

Yalnız böyük uğurlara görə təriflənən uşaqlar böyüyəndə mükəmməl olmağa patoloji ehtiyac hiss edə bilərlər. Bu, daimi özünü tənqid və səhv etmək qorxusu ilə müşayiət olunur.

Qərar verməkdə tərəddüd

Uşaqlıqda dəstək görməmək insanın öz intuisiyasına güvənini zəiflədir. Nəticədə, hətta kiçik qərarlar belə narahatlıq və uzun düşüncə yaradır.

Özünə inamsızlıq

Psixoloqlara görə, emosional baxımsızlıq insanın özünü “yetərsiz” hiss etməsinə səbəb olur. O, sevgi və qayğıya layiq olmadığını düşünməyə başlayır.

Diqqətə qeyri-sağlam ehtiyac

Uşaqlıqda diqqət görməyən bəzi insanlar böyüklükdə diqqət çəkmək üçün nümayişkaranə və ya dramatik davranışlar sərgiləyirlər. Bu isə əksinə, insanları uzaqlaşdıra və tənhalıq hissini gücləndirə bilər.

Seriyalı monoqamiya

Bu, fasilə vermədən bir ciddi münasibətdən digərinə keçmək meylidir. İnsanlar belə davranışla uşaqlıqda çatışmayan sevgi və diqqəti kompensasiya etməyə çalışırlar.

Seçilən
0
1
moderator.az

2Mənbələr