AZ

Sərxoş, vəsiqəsiz Avtobusu oğurlayıb... FOTOLAR

ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Türkiyənin Kayseri şəhərində sərxoş və sürücülik vəsiqəsi olmayan şəxs oğurladığı avtobusla qəza törədib.

“Yeni Sabah”ın xəbərinə görə, hadisə Kocasinan rayonunda baş verib.

Məlumata görə, T.Ç. adlı şəxs “xalq avtobusu” adlandırılan nəqliyyat vəsitəsini oğurlayaraq idarə edib. Bu zaman o, qəza törədib. Avtobus idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Aparılan yoxlama zamanı sürücünün 2 promil spirtli içki qəbul etdiyi və ümumiyyətlə sürücülük vəsiqəsinin olmadığı müəyyənləşib. Ona 48 min 500 lirə (1800 manat) məbləğində inzibati cərimə kəsilib.

Maraqlısı isə odur ki, qəzadan təxminən yarım saat sonra “112” təcili xidmətinə bir “xalq avtobusu”nun oğurlandığı barədə məlumat daxil olub. Polis araşdırması nəticəsində məlum olub ki, oğurlanan avtobus məhz qəza törədən T.Ç.-nin idarə etdiyi nəqliyyat vasitəsidir.

Şəxs saxlanılaraq polis bölməsinə aparılıb. Qəza nəticəsində zədələnən avtobus ərazidən götürülüb.

Faktla bağlı araşdırma davam edir.

Əsmətxanım Rzazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
yenisabah.az

2Mənbələr