AZ

Məktəblər kitablara əlvida deyir? Müəllimdən AÇIQLAMA

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, mövcud vəziyyətdə 6 şagirdə 1 kompüter düşür və əsas hədəfləri isə hər şagird üçün 1 kompüter nisbətini təmin etməkdir.

Bəs məktəblər artıq kitaba əlvida deyib tam şəkildə rəqəmsallaşmalıdırmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Seyid Cəfər Pişəvəri adına Humanitar fənlər gimnaziyasının ingilis dili müəllimi Aynur Məmmədova bildirdi ki, məktəblərin rəqəmsallaşması artıq dövrün tələbidir və bu proses təhsildə bir çox imkanlar yaradır:

"Şagirdlərin texnologiyaya çıxışının artması onların məlumatı daha sürətli əldə etməsinə, interaktiv öyrənməsinə və dünya ilə daha rahat əlaqə qurmasına kömək edir. Xüsusilə xarici dil dərslərində rəqəmsal platformalar, videolar, süni intellekt alətləri və onlayn resurslar dərsləri daha maraqlı və effektiv edir. Amma düşünürəm ki, “kitablara tamamilə əlvida” demək hələ tezdir. Kitab oxumağın yaratdığı diqqət, düşünmə və analiz bacarıqları rəqəmsal vasitələrlə tam əvəz olunmur. Ən doğru yol ənənəvi təhsil ilə rəqəmsal imkanların balanslı şəkildə birləşdirilməsidir. Yəni gələcəyin məktəbi həm kitabın, həm də texnologiyanın birlikdə istifadə olunduğu ağıllı və çevik bir təhsil mühiti olmalıdır".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
redaktor.az

2Mənbələr