AZ

“Fənərbağça” Edsonla yolları ayırır

“Fənərbağça” mövsümün sonunda heyətdə dəyişikliklər edəcək.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu Edson Alvareslə yollarını ayırmağa qərar verib. “Sarı-lacivərdlilər” yayda meksikalı yarımmüdafiəçinin transfer hüquqlarını almaq istəmir və o, məxsus olduğu “Vest Hem”ə qayıdacaq.

Qeyd edək ki, Alvares daha əvvəl “Amerika” və “Ayaks”da çıxış edib. Onun London klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
23
idmanxeber.az

1Mənbələr