AZ

“Rusiya Ermənistanda təsir imkanlarını saxlamaqla Paşinyanın hakimiyyətdə qalması ilə barışıb” Natiq Cəfərli

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Ermənistanda, İrəvanda keşirilən “Avropa Siyasi Birliyi” sammiti, seçki öncəsi Paşinyana ciddi dəstəkdir və bu yaxşıdır, sülh prosesi davam etməlidir”.

Gununsesi.info bildirib ki, iqtisadçı Natiq Cəfərli deyib:

“Seçkidə digər xarici “oyunçu” isə Rusiyadır, Kremlin qurduğu oyun fərqlidir, qısa izah etməyə çalışacam.

Aydındır ki, Rusiya ilə İrəvan arasında ciddi fikir ayrılıqları var, amma bu o demək deyil ki, Rusiya Ermənistanı tamamilə əlindən çıxarıb. Rusiyanın Ermənistanda hərbi bazaları var, iqtisadiyyatının 70 faizindən çoxu onlardan asılıdır.

Rusiya fərqli mühasibət sərgiləyir, “ruspərəst” qüvvələrin Ermənistanda seçki yolu ilə hakimiyyətə gəlməsinin mümkün olmadığını anlayırlar, çünki cəmiyyət də son 200 ildə ilk dəfədir ki, kifayət qədər Rusiyadan narazıdır.

Moskva anlayır ki, Ermənistanda hakimiyyətə Paşinyana alternativ ola biləcək daha çox qərbpərəst qüvvələr gələ bilər. Bu nöqteyi nəzərdən Kreml Paşinyana müəyyən təzyiqləri əlində saxlamaqla onun hakimiyyətdə qalması ilə barışıb.

Fikrimcə Rusiyanın strategiyası Paşinyan komandasına təsir rıçaqlarını əlində saxlamaqla daha qərbpərəst qüvvələrin hakimiyyətə gəlməyinin qarşısını almaqdır”.

Günay

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
3
icma.az

7Mənbələr