AZ

DSX: Apreldə sərhəd pozuntularına görə 18 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) bildirib ki, aprel ayında dövlət sərhədini pozduqlarına görə 18 nəfər saxlanılıb.

Qurumun məlumatına görə, saxlanılan şəxslərin 4-ü Azərbaycan, 4-ü Əfqanıstan, 3-ü İran, 3-ü Mərakeş, 2-si Nigeriya, 1-i Pakistan və 1-i Əlcəzair vətəndaşı olub.

DSX qeyd edib ki, qanunsuz miqrasiyaya qarşı tədbirlər çərçivəsində saxta tarix möhürü və pasportla, eləcə də özgəsinə məxsus sənədlərlə sərhədi keçməyə cəhd göstərən 6 nəfər də saxlanılıb.

Bundan əlavə, sərhəd rejimi qaydalarını pozduqlarına görə 58 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Gülnar Nazimqızı 

Seçilən
16
anews.az

1Mənbələr