Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval brifinq zamanı ölkəyə məxsus gəmilərin vəziyyəti barədə açıqlama verib.
Redaktor.az xəbər verir ki, o bildirib ki, İran böhranının başlanmasından bəri on bir Hindistan gəmisi Hörmüz boğazından təhlükəsiz şəkildə keçib.
Bildirilib ki, hazırda digər gəmilərin də təhlükəsiz keçidi və Hindistana qayıdışı üçün İran tərəfi ilə əlaqə saxlanılır.
Qeyd olunub ki, Hindistan Gəmiçilik Nazirliyi əvvəllər Fars körfəzində ən azı 22 Hindistan bayrağı altında üzən gəminin olduğunu açıqlamış, onların 20-sini ölkənin enerji təhlükəsizliyi üçün kritik hesab etmişdi.
Məlumata görə, Hindistan rəsmisi bölgədəki vəziyyətin izlənildiyini və dəniz ticarətinin təhlükəsizliyinin prioritet olduğunu vurğulayıb.
Aminə ŞAHSUVARQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.