AZ

DVX əməkdaşları arasında keçirilən mini-futbol turniri davam edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş mini-futbol turnirinin 1/4 final mərhələsi başa çatıb.

Növbəti mərhələyə vəsiqə qazanan komandalar yarımfinalda öz qüvvələrini sınayacaqlar. Sonda qaliblərə kubok və müxtəlif hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, DVX tərəfindən təşkil olunan mini-futbol turnirinin məqsədi vergi xidməti əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğidir.

Seçilən
17
vergiler.az

1Mənbələr