AZ

SON DƏQİQƏ! Yüksək vəzifəyə təyinatlar oldu

TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub.

Bu barədə  News365.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müşavirlər - Muxtarzadə Ramil Səfər oğlu (2023-cü ildən etibarən hazırkı təyinatınadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri kimi fəaliyyət göstərib), Cəmilova Töhfə Ramiz qızı (2026-cı ildən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda İdarə Heyəti sədrinin müşaviri, daha sonra isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparatında Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb) təyin edilib.

Həmçinin Rzayev Bahadur Məhərrəm oğluna da (2023–2024-cü illərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri, 2025-ci ildən hazırkı təyinatınadək isə İdarə Heyəti sədrinin müşaviri vəzifəsində fəaliyyət göstərib) sözügedən vəzifə həvalə edilib.

Seçilən
3
16
news365.az

10Mənbələr