AZ

Ermənistan və Xorvatiya arasında strateji dialoq haqqında sənəd imzalandı

BAKI, 4 may. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan xorvatiyalı həmkarı Andrey Plenkoviçlə iki ölkə arasında strateji dialoq haqqında sənəd imzalayıb.

Teleqraf Ermənistan KİV-inə istinadən xəbər verir ki, sənəd İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutan ikitərəfli görüşün yekununda imzalanıb.

Görüş zamanı tərəflər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərini və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Qeyd edilib ki, imzalanan bəyannamə Ermənistan və Xorvatiya arasında münasibətləri yeni səviyyəyə yüksəldəcək.

Seçilən
29
teleqraf.com

1Mənbələr