AZ

Maşın bazarında vəziyyət necədir? - AÇIQLAMA

"Bu gün avtomobil bazarında demək olar ki, durğunluq hökm sürür, qiymətlər isə stabil vəziyyətdədir". 

Bunu Day.Az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. 

O, gömrük rüsumu güzəştlərinin ləğvindən sonra maşın bazarında hazırki vəziyyəti şərh edib.

Ekspert bildirib ki, gömrük güzəştlərinin ləğv edilməsindən sonra avtomobillərin qiymətləndirilməsində bahalaşma müşahidə olunur.

"Sahibkarlar artıq bu qədər bahalı avtomobillərə maraq göstərmirlər. Bunun əsas səbəblərindən biri də ondan ibarətdir ki, hazırda nəqliyyat vasitələri arasında gömrük və digər prosedurların həyata keçirilməsi daha çox ictimai və funksional nəqliyyat vasitələrinə yönəlib.

Nəticədə, bu gün avtomobil bazarında demək olar ki, durğunluq hökm sürür, qiymətlər isə stabil vəziyyətdədir. Avtomobillərin icarəsi, eləcə də alqı-satqı prosedurlarında da eyni durğunluq müşahidə olunur. Buna görə də hazırkı şəraitdə nəqliyyat vasitələrinin ümumi rentabelliyini və alıcılıq qabiliyyətini qiymətləndirərkən bu amillər nəzərə alınmalıdır", - deyə o bildirib.

A.Əsədov deyib ki, digər bir məsələ isə həm xaricdən gətirilən, xüsusilə Çin istehsalı olan avtomobillər, həm də ikinci əl avtomobillərlə bağlıdır:

"Ümumilikdə bazarda hələ də durğunluq davam edir. İlkin ödənişlə və ya kreditlə alınan avtomobillərin satışında müəyyən aktivlik müşahidə olunsa da digər alternativ satış formaları çox aşağı səviyyədə qalır", - o vurğulayıb.

Nəsimi Ələsgərli

Seçilən
6
day.az

1Mənbələr