AZ

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

Bakı, 4 may, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə növbəti dəfə müraciət ünvanlayıb.

Bu barədə AZƏRTAC-a NİİM-dən məlumat verilib.

Bildirilib ki, yol-nəqliyyat hadisələri bəzən bəzi sürücülərin yollarda tələsməsi səbəbindən baş verir. Xüsusilə də işıqforun yaşıl işıq siqnalı tam yanmadan, həmçinin qırmızı işıq siqnalının yanmasına saniyələr qalmış sarı işıq siqnalında hərəkətə başlamaq qəzanın baş verməsi ilə nəticələnir.

NİİM belə sürücülərə bir daha xatırladıb ki, işıqforun qırmızı rəngli işığının yanması və ya yanıb-sönməsi siqnalı hərəkəti qadağan edir. Bundan əlavə, sarı rəngli işığın yanması hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Hərəkət etmək üçün isə yaşıl rəngli işıq siqnalını gözləmək lazımdır.

“Unutmayaq ki, işıqforun siqnallarına riayət etmək “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsi ilə məcburidir”, - deyə müraciətdə vurğulanıb.

 

Seçilən
0
16
azertag.az

10Mənbələr