Ukrayna Prezidenti Vladimir Zelenski və Slovakiyanın Baş naziri Robert Fitso Kiyev İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin sammiti çərçivəsində görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə məlumat yayıb.
Zelenski bildirib ki, Ukrayna Slovakiya ilə konstruktiv dialoqa açıqdır və möhkəm ikitərəfli münasibətlərin inkişafında maraqlıdır:
“Biz müxtəlif sahələrdə əməkdaşlığı, həmçinin yaxın vaxtlarda hökumətlərarası komissiya formatında hökumətlərin iclasının keçirilməsini müzakirə etdik. Kiyev və Bratislavaya səfər mübadiləsindən danışdıq – komandaların qrafik üzərində işləyəcəyi barədə razılaşdıq”.
Ukrayna prezidenti həmçinin qeyd edib ki, tərəflər ölkənin Avropa Birliyinə üzvlük məsələsinə toxunublar:
“Slovakiyanın Ukraynanın AB-yə üzvlüyünü dəstəkləməsi və bu yolda kömək etməyə hazır olması vacibdir. Bunun üçün təşəkkür edirəm”.