ain.az, Bizim media portalına istinadən məlumat verir.
Çoxlarının həyatını kabusa çevirən, gündəlik həyat şəraitini çətinləşdirən xroniki xəstəliklərdən olan ekzemanı illərdir müalicə etdirənlər var. Amma dərmanlar, bir-birini əvəzləyən həkimlər heç bir çarə edə bilmirlər. Lakin deyilənə görə çarəsi varmış. Üstəlik ənənəvi deyil, alternativ tibdə - yəni bitkilərdə. Tanınmış fitoterapevt Füzuli Hüseynov müxtəlif dəri problemlərindən, xüsusilə də ekzemadan əziyyət çəkənlərə faydalı bir bitki qarışımı məsləhət görür. Bu, hər birimizin yaxşı tanıdığı, amma əhəmiyyət vermədiyi arpadır. Loğmanın sözlərinə görə arpa dəmləməsini içməklə bu illətdən can qurtarmaq olar. Resept belədir:
Üç xörək qaşığı arpa, üç stəkan suda 10 dəqiqə dəmlənir. Diqqət edin, su qaynara düşməsin. İlıq olanda süzüb günboyunca içməlidir. Bununla bərabər qarazirə yağı 1 qaşıq olmaqla yeməkdən yarım saat əvvəl daxilə qəbul edilir. Bu müalicə 2 ay davam edə bilər və sonunda ekzemalar yavaş-yavaş solub gedəcək.
Amma mütəxəssis onu da diqqətə çatdırdı ki, dəri xəstəlikləri olan adamlar özlərini stres və əsəbdən mütləq qorumalıdırlar. Əgər daimi əsəb gərginliyi varsa, bu xəstəlik keçməyəcək.Şəfiqə Şəfa, Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.