AZ

ABŞ gəmiləri Hörmüzdən keçdi “Azadlıq Layihəsi” davam edir

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ gəmiləri Hörmüz boğazından təhlükəsiz keçib

Redaktor.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bazar ertəsi günü Hörmüz boğazında həyata keçirilən əməliyyatla bağlı açıqlama yayıb.

Məlumata görə, ABŞ bayrağı altında üzən iki ticarət gəmisi Hörmüz boğazından uğurla keçib.

Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin idarə olunan raket esminesləri Ərəbistan körfəzində “Azadlıq Layihəsi” çərçivəsində kommersiya gəmiçiliyinin bərpasına dəstək məqsədilə əməliyyat həyata keçirib.

Qeyd olunub ki, CENTCOM “X” platformasında paylaşım edərək ABŞ qüvvələrinin ticarət gəmilərinin tranzitinin bərpasına yardım etdiyini bildirib.

Məlumata görə, hər iki gəmi boğazı keçdikdən sonra təhlükəsiz şəkildə səyahətlərini davam etdirib.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
5
redaktor.az

6Mənbələr