AZ

Bezos 500 milyon dollarlıq yaxtasını satır

Amerikalı milyarder və "Amazon" şirkətinin təsisçisi Jeff Bezos, ölçüsünə görə "üzən saray" kimi tanınan 500 milyon dollarlıq, 127 metrlik yelkənli yaxtası "Koru"nu satır.

"Unikal" xəbər verir ki, bu barədə "Page Six" jurnalı yazıb. 

Məqalədə deyilir ki, "Bezos 500 milyon dollarlıq "üzən sarayı" olan "Koru"nu səssizcə satır, çünki onu idarə etmək çox böyükdür".

Mənbələrə görə, yaxta şüşə dibli hovuz, üç jakuzi, vertolyot meydançası və öz su jet sistemi ilə təchiz olunub. Koru həmçinin təxminən 75 milyon dollar dəyərində olan Abeona adlı dəstək gəmisinə sahibdir, lakin onun satışa daxil edilib-edilmədiyi hələlik məlum deyil.

Qeyd olunur ki, gəminin sahibi hər iki gəminin saxlanmasına ildə təxminən 30 milyon dollar xərcləyir. 

Seçilən
16
2
unikal.az

3Mənbələr