AZ

Baku Flames 2026 festivalının proqramı açıqlandı

Bakıda keçiriləcək Baku Flames 2026 yaradıcılıq festivalının rəsmi proqramı elan olunub. İki gün davam edəcək tədbir 15-16 may 2026-cı il tarixlərində baş tutacaq.

Festival reklam, marketinq və rəqəmsal sahələrdə fəaliyyət göstərən peşəkarları bir araya gətirərək onların həm biliklərini artırması, həm də yeni əlaqələr qurması üçün platforma təqdim edir. Proqram çərçivəsində qlobal texnoloji platformaları təmsil edən mütəxəssislərin və beynəlxalq agentliklərin yaradıcı liderlərinin keynote çıxışları nəzərdə tutulub.

Təşkilatçıların məlumatına görə, bu il iştirakçılar üçün müxtəlif formatlar hazırlanıb. İki gün ərzində 14 fərdi keynote sessiya, 6 panel müzakirəsi və 6 vörkşop keçiriləcək. Bu sessiyalar iştirakçılara həm nəzəri biliklər, həm də praktiki təcrübə qazandırmağı hədəfləyir.

Spikerlər sırasında Adam Nowakowski (Meta), Sandro Gelashvili (Google) və Julia Kushnir (TikTok) yer alır. Bundan əlavə, Freddie Öst, Thomas Kolster, Lara Assouad və Vidya Manmohan kimi tanınmış mütəxəssislər də festivalda çıxış edəcəklər.

Festival çərçivəsində axşam proqramları da təşkil olunacaq. Mayın 15-də keçiriləcək “Açılış Gecəsi” Flames Garden-da baş tutacaq və Orxan Zeynallının canlı ifası ilə müşayiət olunacaq. Mayın 16-da isə “Bağlanış Gecəsi” keçiriləcək və səhnəyə Çingiz Mustafayev çıxacaq.

Qeyd edək ki, festival biletləri artıq satışdadır və iştirakçılara proqramda yer almaq üçün biletlərini əvvəlcədən əldə etmələri tövsiyə olunur.

Xatırladaq ki, Baku Flames Bakıda keçirilən beynəlxalq yaradıcılıq və effektivlik festivalıdır. Bu ilin konsepti “Human After All” olaraq müəyyən edilib və insan amilinin, emosiyaların və əlaqələrin rəqəmsal dünyadakı roluna diqqət yetirir.

Seçilən
18
1
xalqqazeti.az

2Mənbələr