Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Müharibənin bitdiyini elan edəndən sonra, ABŞ Prezidenti Donald Tramp indi də Hörmüz boğazında ilişib qalmış neytral xarici gəmilərin azad edilməsinə kömək etməyə başlayacağını bəyan edib.Tramp əməliyyatı “Azadlıq Layihəsi” adlandırıb və onun mayın 4-də, yəni bu gün başlayacağını bildirib.
MÖVZU İLƏ BAĞLI:İran tərəfindən hərbi gəminin vurulması iddialarına ABŞ-dan REAKSİYA
Amerika lideri, onu da qeyd edib ki, bu humanitar prosesə hər hansı müdaxilə olarsa, ona qarşı da güc tətbiq ediləcək.ABŞ Mərkəzi Komandanlığının məlumatına görə isə, hərbi münaqişə səbəbindən Hörmüz boğazında ilişib qalmış gəmiləri müşayiət etmək məqsədilə həyata keçiriləcək “Azadlıq Layihəsi” əməliyyatında təxminən 15 min ABŞ hərbçisi, 100 çox quru və dəniz təyyarəsi iştirak edəcək.Aydın məsələdir ki, İran buna səssiz qalmayıb.Hörmüz boğazında ABŞ və İran arasında artan gərginlik fonunda SEPAH-ın Hərbi Dəniz Qüvvələri dənizçilərə VHF radio yayımı vasitəsilə sərt xəbərdarlıq edib. Yayılan mesajda bütün gəmilərə müraciət olunaraq bildirilib:“Diqqət bütün gəmilər, diqqət bütün gəmilər! İran İslam Respublikasının icazəsi olmadan Hörmüz boğazına daxil olsanız, hədəf alınacaq və məhv ediləcəksiniz”.Savaş yenidən başlayır?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, “Azadlıq Layihəsi” baş tutsa bu, yalnız İranın razılığı əsasında olacaq:“Başqa yol yoxdur. Hörmüz boğazında hazırda yüzlərlə gəmi qapanıb qalıb. Boğaza isə İran nəzarət edir. Onun ərazini istənilən silahlarla atəşə tutmaq imkanı var. Amerika gəmiləri isə buradan 340 km məsafədədir, yaxın gedə bilmirlər. Belə olan vəziyyətdə boğazda ilişib qalmış neytral xarici gəmilərə kömək etməyə ABŞ yalnız Tehranın razılığı əsasında başlaya bilər”.Politoloq qeyd edib ki, Tehran həmin əməliyyata razılıq verməsə, onun həyata keçməsinə də imkan verməyəcək: “Ərazidə dəniz və quru əməliyyatları mümkün deyil. ABŞ yalnız hava əməliyyatı ilə buna gedə bilər. Belədə isə müharibə yenidən alovlanacaq. Odur ki, ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı yalnız İranın razılığı əsasında olacaq. Başqa yol yoxdur. Başqa yol yalnız müharibənin yenidən alovlanmasından keçir”.Rüfət Sultan, Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.