Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Dişləri müntəzəm fırçalamaq hər zaman çürümədən qorumağa kifayət etmir. Stomatoloq Pavel Lısenkov bildirib ki, düzgün qulluq olmasına baxmayaraq, bəzi qidalar və vərdişlər diş sağlamlığına ciddi təsir göstərir.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda lenta.ru-ya danışıb.
Həkimin sözlərinə görə, şəkərli qidalar, qazlı içkilər, tez-tez qəlyanaltılar və hətta quru meyvələrin həddindən artıq qəbulu diş minasını zəiflədir. Bu zaman bakteriyalar turşu ifraz edir və dişin sərt toxumalarını zədələyir.
Stomatoloq qeyd edib ki, qəhvə, sitrus meyvələri, qazlı içkilər və şərab da ağız boşluğunda turşuluğu artırır. Nəticədə diş minası özünü bərpa etməyə vaxt tapmır və daha həssas olur.
Həkim həmçinin tüpürcəyin vacib rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, tüpürcək ağızdakı turşuları neytrallaşdırır, qida qalıqlarını təmizləyir və diş minasını qoruyur. Tüpürcəyin az olması isə diş çürüməsi riskini artırır.
Aytəkin TOFİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.