Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirilib
Ajans.az xəbər verir ki, bu aktiv məşğulluq tədbirlərində işsiz və işaxtaran şəxslərə 643 işəgötürən tərəfindən 4715 vakansiya təqdim edilib, həmin vakansiyalara dair tələblər barədə məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunublar. Tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq proqramları və bu proqramlara müraciət proseduru barədə məlumatlandırılıb. 