AZ

Mərkəzi Komandanlıq: ABŞ-ın iki ticarət gəmisi Hörmüz boğazını keçib

ABŞ-ın iki ticarət gəmisi Hörmüz boğazını keçib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, gəmilər ABŞ Hərbi Dəniz Qüvvələrinin “Project Freedom” əməliyyatı çərçivəsində göstərilən dəstək sayəsində Hörmüz boğazından müvəffəqiyyətlə keçib və öz yollarına davam edirlər.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ müharibə səbəbi ilə Hörmüz boğazında ilişib qalmış gəmiləri çıxarmaq üçün "Azadlıq Layihəsi" (Project Freedom) əməliyyatına başlayıb.

Seçilən
10
6
moderator.az

7Mənbələr