AZ

Rubio Roma və Vatikana səfər edəcək Yaxın Şərq müzakirə ediləcək

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Dövlət katibi və milli təhlükəsizlik müşaviri Marko Rubio 6–8 may tarixlərində Roma və Vatikana səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqot məlumat verib.

Bildirilib ki, səfər çərçivəsində Amerika diplomatiyasının rəhbəri Müqəddəs Taxt-Tacın rəhbərliyi ilə görüş keçirəcək və Yaxın Şərqdəki vəziyyət, eləcə də Qərb yarımkürəsində qarşılıqlı maraqlar müzakirə olunacaq.

Qeyd olunub ki, İtaliya rəsmiləri ilə keçiriləcək görüşlərdə isə ortaq təhlükəsizlik maraqları və strateji əməkdaşlıq məsələləri gündəmdə olacaq.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
redaktor.az

2Mənbələr