AZ

BP "Qarabağ" layihəsi üçün Azərbaycanda boru dəstələri zavodu inşa edəcək

Böyük Britaniyanın BP şirkəti 2026-cı ilin üçüncü rübündə “Qarabağ” yatağının işlənməsi layihəsi üçün Azərbaycanda boru dəstələri (pipeline bundles) istehsalı zavodunun tikintisinə başlamağı planlaşdırır.
Bu barədə zavodun tikintisi layihəsinin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) hesabatının yekun variantında qeyd olunub.

"Layihə çərçivəsində istehsalat sexinin, boru kompleksləri üçün rels yollarının, dənizə buraxılış yolunun, boruların saxlanması üçün meydançaların, mühəndis-kommunikasiya xətlərinin, istismar mərhələsi üçün yaşayış düşərgəsinin, ofislərin və çınqıl örtüklü qısa giriş yolunun tikintisi nəzərdə tutulur. Müəssisə Bakının Qaradağ rayonu ərazisində yerləşən Bəndovan yaşayış məntəqəsində tikiləcək, 2026-cı ilin üçüncü rübündə tikintiyə başlanılacaq və 2028-ci ilin birinci rübünədək davam edəcək", - sənəddə qeyd olunub.

Zavodun yekun olaraq istismara verilməsi 2028-ci ilin birinci rübünün sonuna nəzərdə tutulub.

Qeyd olunub ki, Bəndovan meydançası zavodun tikintisi üçün uyğun relyefin olması, mövcud infrastruktur obyektlərinə yaxınlığı və Xəzər dənizinə birbaşa çıxış imkanı sayəsində seçilib.

"Report"

Seçilən
0
4
vergiler.az

7Mənbələr