ain.az, Qol.az saytına istinadən bildirir.
"Neftçi"nin şikayəti təmin edilmədi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi" klubunun İntizam Komitəsinin qərarlarından verdiyi şikayətlərə baxıb.
QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Tribunalın qərarına əsasən, paytaxt təmsilçisinin bir şikayəti təmin edilməyib, digəri isə araşdırma üçün təxirə salınıb.
Belə ki, 9 mart 2026-cı il tarixində Misli Premyer Liqasında 23 turun “Neftçi” - “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” komandasının 8000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 11 mart 2026-cı il tarixli qərarı öz qüvvəsində saxlanılıb.
Bundan başqa, sözügedən matçda "ağ-qaralar"ın azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə “Neftçi” komandasının 15000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 11 mart 2026-cı il tarixli qərarından verilmiş şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımdan təxirə salınıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.