Bakı, 4 may, AZƏRTAC
“Qarabağ”ın 17 yaşadək futbolçulardan ibarət komandası Fransada keçiriləcək turnirdə mübarizə aparacaq.
Bu barədə AZƏRTAC-a klubun akademiyasının baş koordinatoru Aftandil Hacıyev məlumat verib. Onun sözlərinə görə, komandanın rəqibləri hələlik müəyyənləşməyib.
A. Hacıyev turnirin mayın 16-18-də təşkil olunacağını bildirib.