AZ

Qəbələdə WUF13 Festivalı keçirilib



Mayın 4-də Qəbələ sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.

Newscenter.az xəbər verir ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, festivalın ictimai proqramı Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri, rəsmi şəxslər və şəhər ictimaiyyətinin iştirakı ilə keçirilib.

İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

Həmçinin WUF13 və şəhərsalma mövzularında, eləcə də Qəbələ memarlıq abidələri barədə suallar təqdim olunaraq iştirakçılar arasında müsabiqələr təşkil edilib. Düzgün cavab verənlərə hədiyyələr təqdim edilib.

Proqram böyük maraqla qarşılanıb.
Seçilən
2
20
newscenter.az

10Mənbələr