AZ

SEPAH ABŞ nin iddiasını yalanladı

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

SEPAH ABŞ-nin Hörmüz boğazından ticarət gəmilərinin keçməsi barədə məlumatlarını təkzib edib.

“Qafqazinfo” “Tasnim”ə xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə əlaqələr şöbəsi bu barədə bəyanat yayıb.

Bəyanatda bildirilir ki, son saatlar ərzində Hörmüz boğazından heç bir tanker və ya ticarət gəmisi keçməyib.

İran tərəfi ABŞ rəsmilərinin, xüsusilə Mərkəzi Komandanlığın (CENTCOM) boğazdan ABŞ-yə məxsus iki ticarət gəmisinin keçidinə dair iddialarını “əsassız və yalan” adlandırıb. SEPAH xəbərdarlıq edib ki, müəyyən edilmiş qaydalara zidd hərəkət edən istənilən gəmi ciddi təhlükə ilə üzləşəcək və dərhal saxlanılacaq.

Xatırladaq ki, bundan əvvəl CENTCOM “Azadlıq Layihəsi” (Project Freedom) əməliyyatı çərçivəsində ABŞ hərbi gəmilərinin müşayiəti ilə ticarət gəmilərinin boğazdan keçdiyini elan etmişdi. ABŞ tərəfi əməliyyata 15 min hərbçi və 100-dən çox təyyarə cəlb etdiyini bildirsə də, Tehran bu iddiaları öz suverenliyinə və atəşkəs şərtlərinə zidd hesab edir.

Qeyd edək ki, fevral ayından bəri davam edən hərbi gərginlik fonunda Hörmüz boğazı faktiki olaraq İranın nəzarəti altındadır və bu, dünya neft bazarında qiymətlərin kəskin dəyişməsinə səbəb olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
3
qafqazinfo.az

4Mənbələr