AZ

Zədədən sonra huşunu itirdi, xərəkdə aparıldı - Şəkil

style='margin-bottom:10px;'>

"Çelsi" - "Nottinqem Forest" matçında qorxulu anlar yaşanıb.

QOL.az xəbər verir ki, "Stamford Bric"də keçirilən görüşdə London klubunun debüt edən 18 yaşlı futbolçusu Cessi Derri rəqib futbolçu Zax Abbottla toqquşmadan sonra huşunu itirib.

Hadisə birinci hissənin sonlarında baş verib. Çənəsindən zərbə alan gənc oyunçu meydanda hərəkətsiz qalıb. Həkimlər ona təxminən 10 dəqiqə ilkin tibbi yardım göstərdikdən sonra futbolçu xərəkdə meydandan çıxarılıb və Liam Delapla əvəzlənib. 

Bu epizoddan sonra baş hakim Entoni Teylor "Çelsi"nin xeyrinə penalti təyin edib. Lakin Koul Palmerin zərbəsini qapıçı Mats Sels dəf edib. Komandalar fasiləyə "Nottinqem Forest"in 2:0 hesablı üstünlüyü ilə yollanıblar.

Seçilən
27
2
teleqraf.com

3Mənbələr