AZ

Mirasdan imtina geri götürülə bilərmi? Hüquqşünas

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Miras hüququ ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də vərəsənin imtina qərarını sonradan dəyişib-dəyişə bilməməsidir.

Çünki bəzən hansısa səbəblərdən bu cür hallar baş verir.

Bəs qanun bu barədə nə deyir?

Gununsesi.info -ya danışan Şamil Paşayevin sözlərinə görə, qanunvericiliyə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Yəni bu qərar verildikdən sonra onun ləğvi mümkün deyil və hüquqi qüvvədə qalır. Bununla yanaşı, müəyyən istisna hallar da mövcuddur. Belə ki, əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, onun mirasdan imtina etməsi yalnız məhkəmənin icazəsi ilə həyata keçirilə bilər.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
icma.az

1Mənbələr