AZ

Ölkədə zərgərlik sənayesi sahəsində yeni dövlət standartı qəbul edilib

Yeni dövlət standartının tətbiqi dəri ilə birbaşa və uzunmüddətli təmasda olan örtüklü məmulatların  sağlamlığa mənfi təsir riskinin qiymətləndirilməsinə, zərgərlik və digər metal məmulatlarının təhlükəsizlik tələblərinə uyğunluğunun müəyyənləşdirilməsinə xidmət edir.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən zərgərlik sənayesi üçün AZS EN 12472:2026 “Örtüklü məmulatlardan nikelin ayrılmasının aşkar edilməsi üçün sürətləndirilmiş aşınma və korroziyanın simulyasiyası üsulu” yeni dövlət standartı qəbul edilib.

Sözügedən dövlət standartının qəbulu zərgərlik məmulatlarının insan dərisi ilə təması zamanı nikelin miqdarının müəyyən edilməsi məqsədilə beynəlxalq səviyyədə qəbul olunmuş sınaq metodlarının tətbiqini, bununla nikelin sağlamlığa mənfi təsirinin qarşısının alınması potensialının qiymətləndirilməsini, istehlakçı sağlamlığının qorunmasını, eləcə də bazarda təqdim olunan zərgərlik və digər metal məmulatlarının təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsini təmin etməyə xidmət edir.

Yeni dövlət standartı layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin nəzdində təsis edilən “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) təqdimatı əsasında AZSTAND tərəfindən qəbul edilib və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd edək ki, qəbul olunan sənəd EN 12472:2020 “Örtüklü məmulatlardan nikelin ayrılmasının aşkar edilməsi üçün sürətləndirilmiş aşınma və korroziyanın simulyasiyası üsulu” (Method for the simulation of accelerated wear and corrosion for the detection of nickel release from coated items”) Avropa standartı əsasında hazırlanıb.

Seçilən
10
20
ikisahil.az

10Mənbələr