AZ

9 may ərəfəsində Rusiyada mobil telefonlar işləməyəcək



9 may-Qələbə günü ərəfəsində Rusiyada mobil telefonlar təhlükəsizlik səbəbindən işləməyəcək.

Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, Beeline şirkəti Moskva abunəçilərinə 5-9 may tarixlərində mobil internet və SMS məhdudiyyətləri barədə xəbərdarlıq mesajı göndərib.

Bayram tədbirlərinin hazırlanması və keçirilməsi zamanı mümkün məhdudiyyətlər təhlükəsizlik tədbirləri ilə izah olunur.

İnternetə çıxış üçün operator Wi-Fi şəbəkəsindən, səsli zənglər üçün isə VoLTE funksiyasından (LTE şəbəkəsi üzərindən səs ötürülməsi) istifadə etməyi tövsiyə edib.

Anar
Seçilən
36
6
newscenter.az

5Mənbələr