AZ

BƏƏ səmasında vurulan raketlər İrandan atılıb – rəsmi açıqlama yayıldı

İrandan BƏƏ istiqamətinə dörd qanadlı raket atıldığı açıqlanıb.

Musavat.com xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, raketlərdən üçü ölkənin ərazi suları üzərində zərərsizləşdirilib. Daha bir raket isə dənizə düşüb.

BƏƏ-nin müxtəlif bölgələrində eşidilən partlayış səslərinin hava hədəflərinin uğurla vurulması ilə bağlı olduğu bildirilib.

 

Musavat.com

Seçilən
24
12
musavat.com

10Mənbələr