AZ

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun mərkəzi oyunu keçirilib.


Manset.az xəbər verir ki, ikinci yer uğrunda mübarizə aparan 2 komanda – “Qarabağ” və “Turan Tovuz” Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gəlib. Matçı Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Turnir cədvəlində "Qarabağ" klubu 62 xalla 2-ci, Tovuz təmsilçisi isə 56 xalla 3-cüdür.

    XXX turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a 2:1, “İmişli” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə 1:0, “Sabah” isə “Şamaxı”ya 3:0 hesabı ilə qalib gəlib.

    Tura mayın 5-də keçiriləcək “Karvan-Yevlax” – “Neftçi” görüşü ilə yekun vurulacaq.

    Seçilən
    0
    11
    manset.az

    10Mənbələr