AZ

Brezilyada təyyarə binaya çırpılıb: Çox sayda yaralı var

Brezilyada təyyarə binaya çırpılıb: Çox sayda yaralı var

Brezilyada kiçik mühərrikli təyyarənin yaşayış binasına çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.

AFN.az xəbər verir ki, hadisə ölkənin Minas-Jerays ştatının Belo-Orizonti şəhərində baş verib.

Qəza nəticəsində təyyarənin pilotu və 3 sərnişini ağır yaralanıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Əraziyə çox sayda yanğınsöndürən və təcili yardım briqadası cəlb olunub. Hazırda faktla bağlı araşdırmalar davam edir.

Seçilən
65
afn.az

1Mənbələr