AZ

BƏƏ hava məkanını qismən bağladı

Bakupost saytına istinadən ain.az xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ölkənin hava məkanının qismən bağlanması barədə qərar qəbul edib.

Bakupost.az xəbər verir ki, bu barədə TASS agentliyinin Yaxın Şərq dispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata əsasən, səlahiyyətli qurumlar tərəfindən ölkə aeroportlarına istiqamətlənən və geri qayıdan təyyarələrin reysləri üçün yalnız dörd xüsusi uçuş dəhlizi ayrılıb.

Xatırladaq ki, bundan əvvəl "Flightradar24" xidməti sərnişinləri BƏƏ-də Dubay və Şarca istiqamətindəki uçuşlarda ehtimal olunan gecikmələr barədə xəbərdar edib. Bununla bağlı müvafiq məlumat servisin sosial şəbəkə hesablarında paylaşılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
1
www.bakupost.az

4Mənbələr