AZ

"Antonelli yaxın 10–15 ildə "Formula 1"də çoxlu titullar qazana bilər"

“Mercedes” komandasının rəhbəri Toto Volf komandanın 19 yaşlı pilotu, italiyalı Andrea Kimi Antonellinin Formula 1-də gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "La Gazzetta dello Sport" funksionerin dediklərini belə çatdırıb.

“Antonelli Formula 1-də uzun illər çıxış edəcək. Yaxın 10–15 ildə Kimi bir çox çempionat qazana bilər”.

O, həmçinin gənc sürücüyə olan gözləntilərin təzyiq yaratmamasının vacibliyini vurğulayıb: “Biz onun üzərinə qoyulan böyük gözləntilər səbəbindən səhv etməsini istəmirik. Əgər o hansısa yarışda zəif çıxış etsə, insanlar deyəcək ki, bəlkə də düşündüyümüz qədər böyük ulduz deyil. Biz düzgün yolla irəliləməliyik və başa düşməliyik ki, bu yaşda enişlər və yüksəlişlər normaldır”.

Seçilən
20
90deqiqe.az

1Mənbələr