Cənubi Afrikada insanları vahiməyə salan hadisə qeydə alınıb.
Musavat.com xəbər verir ki, itkin düşən iş adamı Qabriel Batista ilə bağlı aparılan axtarışlar zamanı böyük bir timsah aşkar edilib.
Məlumata görə, yırtıcı dron vasitəsilə izlənilərək zərərsizləşdirilib. Daha sonra timsahın cəsədi yarılıb və içərisindən insan qalıqları, Batistaya məxsus üzük, həmçinin 6 cüt ayaqqabı tapılıb.
Hazırda hüquq-mühafizə orqanları aşkar edilən digər əşyaların kimə aid olduğunu müəyyənləşdirməyə çalışır.
Musavat.com