AZ

Yaponlar hər gün düyü yeyir, amma kökəlmir – Səbəbi nədir?

Yaponiyada düyü demək olar ki, hər yeməyin əsasını təşkil edir, lakin ölkədə piylənmə səviyyəsi dünyanın ən aşağı göstəricilərindən biridir. Mütəxəssislər bildirirlər ki, bunun səbəbi təkcə düyü deyil, ümumi qidalanma sistemi, porsiyaların ölçüsü və gündəlik vərdişlərdir.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, burada düyü kiçik porsiyalarda təqdim olunur və yüksək kalorili əlavələrlə birlikdə istifadə edilmir.

Yapon qidalanma modeli balans üzərində qurulub: süfrədə adətən düyü, şorba (miso), zülal mənbəyi (balıq, yumurta və ya tofu), tərəvəz və turşular olur. Bu struktur həm toxluq hissi yaradır, həm də artıq yeməyin qarşısını alır. Bundan əlavə, şirin içkilər və desertlər gündəlik rasionda məhdud yer tutur, qəlyanaltılar isə nadir hallarda istehlak edilir.

Ekspertlər qeyd edir ki, yaponların aktiv həyat tərzi də vacib rol oynayır - gündəlik gəzinti və hərəkət enerji sərfini artırır. Nəticədə, balanslı qidalanma, az işlənmiş məhsulların seçilməsi və porsiya nəzarəti artıq çəkinin qarşısını almağa kömək edir.

Seçilən
46
day.az

1Mənbələr