AZ

Rusiyada yanğın nəticəsində beş nəfər ölüb

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Rusiyanın Nijni Novqorod vilayətinin Vıksa şəhərində fərdi evdə baş verən yanğında iki uşaq da daxil olmaqla, beş nəfər həlak olub.

TASS-a xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsindən bildirilib.

"İlk yanğınsöndürmə-xilasetmə bölməsi hadisə yerinə çatanda ev bütün sahəsi boyu yanırdı. Yanğın 80 kvadratmetr ərazidə söndürülüb. Yanğın yerində beş nəfərin, o cümlədən iki uşağın meyiti aşkar edilib. Onların şəxsiyyətləri müəyyənləşdirilir", - məlumatda deyilir.

Aidiyyəti qurumların əməkdaşları hadisənin başvermə şəraitini müəyyənləşdirirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
2
apa.az

3Mənbələr