ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı köşkə çırpılıb.
Qəza zamanı 1961-ci il təvəllüdlü Z. Qurbanova hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.