İranın zənginləşdirilmiş uran ehtiyatlarının artıq dəyərli yoxdur.
Musavat.com xəbər verir ki, bu ehtimalı ABŞ prezidenti Donald Tramp Salem News-a verdiyi müsahibədə irəli sürüb.
Onun sözlərinə görə, həmin yanacaq çox güman ki, istifadəyə yararsızdır: "Dəyər baxımından xüsusilə maraqlı deyil. Çox güman ki, istifadəyə yararsızdır və çox güman ki, buna nail ola bilməyəcəklər".
Lakin o, ABŞ-ın hələ də bu zənginləşdirilmiş nüvə yanacağı ehtiyatlarını əldə etmək istədiyini bildirib.
Bundan əlavə, Amerika lideri Tehranın raket proqramına məhdudiyyətlər qoymalı olacağını bildirib.
Musavat.com