Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Futbol üzrə İngiltərə Premyer Liqasında XXXV tura yekun vurulub.
"Unikal" xəbər verir ki, turun bağlanış oyununda "Mançester Siti" səfərdə "Everton"la qarşılaşıb. Kifayət qədər dramatik alınan görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.
İlk hissədə hesabı açan qonaqlar fasiləyə üstün yollanıblar. İkinci hissəyə daha yaxşı başlayan meydan sahibləri "şəhərlilər"in qapısından 3 top keçiriblər. Məğlubiyyətlə barışmaq istəməyən Mançester təmsilçisi 2 qol vuraraq yekunda heç-heçəyə nail olub.
Bu nəticədən sonra xallarının sayını 71-ə çatdıran "Mançester Siti" 2-ci pillədə qərarlaşıb. Ehtiyatda bir oyunu olan "şəhərlilər" lider "Arsenal"dan 7 xal geri qalır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.