ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Ukrayna tərəfi mayın 6-na 5keçən gecə saat 00:00-dan etibarən cəbhə xəttində “sükut rejimi” elan edəcək.
Yeniavaz.com Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu qərarla Prezident Volodimir Zelenski Rusiyanın 8-9 may tarixlərində Sovet xalqının Böyük Vətən Müharibəsində qələbəsini qeyd etmək üçün müvəqqəti atəşkəs elan etməsinə cavab verib.
Ukrayna Prezidenti 4 may gecəsi yaydığı bəyanatda insan həyatının istənilən ildönümü qeyd etməkdən müqayisəolunmaz dərəcədə daha dəyərli olduğunu bildirib.
O qeyd edib ki, 6-na keçən gecədən etibarən Ukrayna tərəfi “güzgü kimi” davranacaq.
Xatırladaq ki, daha əvvəl Rusiya, Prezident Vladimir Putinin qərarından sonra Ukrayna ilə 8 və 9 may tarixlərini əhatə edəcək 2 günlük atəşkəs elan edib.
Qeyd edilib ki, əgər Ukrayna Qələbə Günü paradını pozmağa cəhd edərsə, Rusiya qüvvələri Kiyevin mərkəzinə cavab olaraq kütləvi raket zərbəsi endirəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.