AZ

Volkanı yenə cəmi 2 ay sonra göndərdilər

style='margin-bottom:10px;'>

Türkiyənin “Gənclərbirliyi” klubu baş məşqçisi Volkan Demirellə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Gənclərbirliyi” çempionatda 32 turdan sonra 28 xalla 16-cı sıradadır.

Volkan Demirel  bu ilin mart ayının 5-də “Gənclərbiliyi”nin baş məşqçisi təyin edilmişdi. Maraqlıdır ki, 2025-ci ildə də "Gənclərbiliyi" Volkana cəmi 2 ay işləmək şansı vermişdi. Oktyabr ayında baş məşqçi təyin edilən keçmiş qapıçı dekabrda istefaya göndərilmişdi.

Seçilən
2
2
teleqraf.com

3Mənbələr