AZ

Ukrayna millisinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Ukrayna millisinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, vakant posta tezliklə italiyalı mütəxəssis Andrea Maldera təyin olunacaq.

Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. Mənbənin məlumatına görə, danışıqlar son mərhələdədir və yaxın gələcəkdə rəsmi təyinat gözlənilir. 

Maldera Ukrayna futboluna yaxşı bələddir. O, əvvəllər Andrey Şevçenkonun məşqçilər heyətində Ukrayna millisinin analitiki kimi çalışıb (52 oyun).

Xatırladaq ki, sözügedən yığmanın sabiq çalışdırıcısı Sergey Rebrov aprelin 22-də postundan göndərilib.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
fanat.az

2Mənbələr