AZ

Saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Bu gün Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, Suraxanı rayonunda yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə saat 10:00-dan işlər yekunlaşanadək Hövsan qəsəbəsində bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

Seçilən
0
19
bizim.media

10Mənbələr